Netenyahu İranı təhdid etdi


Dünya 18 Fev 2018 14:26:21 283 0

Netenyahu İranı təhdid etdi

İsrail İranın Suriyada fəaliyyət göstərə, möhkəmlənə bilməməsi üçün bütün gücünü sərf edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransında İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.

B. Netenyahu deyib ki, İranın Suriyada niyyəti aydındır: "İran Tehranla Tartusu birləşdirmək və vahid dövlət yaratmaq istəyir. İsrail İranın Suriyada hərbi fəaliyyətinin qarşısını alacaq. İran Suriyada baza yaratmaq istəyir. İranın Suriya münaqişəsinə aktiv müdaxiləsi İsrailin situasiyaya müdaxilə etməmək  barədə qərarını dəyişir. Əgər Suriya prezidenti Bəşər Əsəd İrana Suriya ərazisinə daxil olmağa icazə verirsə, bu, bizim mövqeyi dəyişir".