Xavi: "Real" oynamadı, amma qələbə qazandı"


İdman 18 Fev 2018 13:49:00 283 0

Xavi: "Real" oynamadı, amma qələbə qazandı"

"Barcelona"nın sabiq kapitanı Xavi Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan "Real" - PSG (3:1) qarşılaşması barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, veteran futbolçu meydan sahiblərinin qələbəyə layiq olmadıqlarına işarə vurub.

"Real"la oyunda ələ düşən imkanlardan yararlanmaq lazımdır. Əks halda, onlar səni cəzalandıracaq. Ən pisi odur ki, "Real" xüsusi bir şey etmədən rəqibinə qalib gəldi. Əks-hücumlar qələbə üçün kifayət etdi. PSG matçın əksər hissəsində üstün futbol oynadığından nəticə ədalətsizdir. Hesab 1:1, 2:2 və ya 2:1 qonaqların xeyrinə olmalı idi. Bu izaholunmazdır. "Real" oynamadı, amma qalib gəldi. Mənə görə Madrid klubu PSG-dən yaxşı deyildi. Lakin bu, onlar üçün ciddi önəm daşımır. "Real"ın fəlsəfəsi sadə olub qalib gəlmək üzərində qurulub. Onlara qarşı "Sanitago Bernabeu"da oynamaq bu səbəbdən çətindir. PSG "Barcelona" kimi oynadı".