Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var


Sosial 18 Fev 2018 13:49:32 263 0

Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Hadisə zamanı 4 nəfər xəsarət alıb

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hərəkətdə olan VAZ-21-07 markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Xəlilova Zülfiyyə Azad qızı, 1963-cü il təvəllüdlü Qasımova Mətanət Ağaməhəmməd qızı və onun həyat yoldaşı Azad Xəlilov, habelə nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıblar. 

Yaralılardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti isə qənaətbəxşdir.