İranda təyyarə qəzasının səbəbi məlum oldu


Dünya 18 Fev 2018 13:38:27 283 0

İranda təyyarə qəzasının səbəbi məlum oldu

İranda baş vermiş təyyarə qəzasının səbəbi məlum olub.

Report xəbər verir ki, bu barədə "Press TV" "Aseman Airlines" şirkətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarə Dena dağına çırpılıb. Qeyd edək ki, həmin ərazidə əlverişsiz hava şəraiti hökm sürür. Bu səbəbdən də İran mətbuatı xilasedicilərin olduğu vertolyotun təyyarənin qəzaya uğradığı ərazidə eniş edə bilmədiyini xəbər verib.