"Sporting"in prezidenti idman mətbuatını boykot edir


İdman 18 Fev 2018 13:10:00 288 0

"Sporting"in prezidenti idman mətbuatını boykot edir

"Biz — sportinqçilərik və biz sübut etdik ki, sükut daha çox səs-küyə səbəb olur. Mən bizi daha az riskə atacaq dəyişikliklərin tərəfdarıyam: sosial şəbəkələrdən az istifadə etmək, həmçinin biz bu gündən daha idman qəzetləri almırıq, klub kanallarını çıxmaq şərti ilə, heç bir yerli televiziya kanalına baxmırıq. İndi KİV bizə başqa cür yanaşacaq" - klub prezidenti deyib. 

Lissabonun "Sporting" klubunun prezidenti Bruno de Karvalyo tutduğu vəzifəyə yenidən seçilib. Goal.az xəbər verir ki, o, bu təyinatdan sonra işçilərlə keçirdiyi müşavirədə bir sıra gözlənilməz qaydalar elan edib.