ABŞın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı SİYAHI


Dünya 18 Fev 2018 12:50:00 283 0

ABŞın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı  SİYAHI

Onların hamısı "İnternet araşdırmaları agentliyi"nin işçiləridir.

Xəbər verdiyimiz kimi, ABŞ rəsmiləri Rusiyanın 13 vətəndaşına və 3 hüquqi şəxsinə qarşı 2016-cı ildə keçirilən prezident seçkilərinə qeyri-qanuni müdaxilə ilə bağlı rəsmi ittiham irəli sürüb.

Onların arasında əslən azərbaycanlı, Ceyhun Aslanov adlı şəxs də var. Adı çəkilənlərin hamısı Yevgeni Priqojinin rəhbərlik etdiyi "İnternet araşdırmaları agentliyi" adlı təşkilatın, daha doğrusu, Rusiya kəşfiyyatının bir qolunun əməkdaşlarıdır.

Son.az musavat.com-a istinadən həmin adamların adlarını təqdim edir:

Bıstrov Mixail İvanoviç: "İnternet araşdırmaları agentliyi"ndə (bundan sonra Agentlik-red.) baş direktor vəzifəsini tutub. Bundan başqa o, agentliyin həqiqi fəaliyyətini gizlətmək üçün istifadə etdiyi müxtəlif firmalara da rəhbərlik edib. Bunlardan biri də maliyyə nazirliyinin sanksiyasına düşən "Qlavset" açıq səhmdar cəmiyyətidir.

Priqojin Yevgeni Viktoroviç: Bu adam "Konkord"  şirkətinə nəzarət edib, habelə agentliyin bütün əməliyyatlarına maliyyə dəstəyi verib. Beynəlxalq ictimaiyyət onu Rusiya prezidentinin yaxın ətrafına daxil olan şəxs kimi tanıyır.

Burçik Leonid Mixailoviç: 2013-cü ilin oktyabrında agentlikdə çalışmağa başlayıb. 2014-cü ildən etibarən Burçik təşkilat içində 2-ci önəmli vəzifə sayılan icraçı dirketor vəzifəsini tutub və əməliyyatların planlanmasında mühüm rol  oynayıb.

Krılova Aleksandra Yuriyevna: Krılova da agentliyə 2013-cü ildən gəlib. 2014-cü ilin aprel ayından sonra təşkilatın direktorlarından biri və iyerarxiyada 3-cü şəxs olub. 2014-cü ildə o, saxta kimliklə ABŞ-a səyahət edərək təşkilat üçün gərəkli məlumatları toplayıb.

Polozov Sergey Pavloviç: Polozov 2014-cü ilin aprelindən 2016-cı ilin oktyabrına qədər agentlikdə çalışıb. O, təşkilat daxilində texniki dəstək bölməsinin əməkdaşı olub. Bundan başqa Sergey Polozov Agentliyin öz fəaliyyətini gizlətmək məqsədilə bir sıra ABŞ serverlərinin alınmasında rol oynayıb.