Kevin de Bruynesiz "Manchester City" 4-cü olardı


İdman 18 Fev 2018 12:29:00 336 0

Kevin de Bruynesiz "Manchester City" 4-cü olardı

"BetStars" onlayn mərc saytı Premyer Liqada çıxış edən futbolçuların komandaları üçün əhəmiyyətini araşdırıb. Bu zaman futbolçunun qolu və məhsuldar ötürməsinin çıxış etdiyi kollektivə nə qədər xal gətirdiyi əsas götürülüb. Goal.az xəbər verir ki, bu mövsüm Premyer Liqada ən çox xal qazandıran oyunçu Kevin de Bruynedir. Rəqiblərini böyük xal fərqi ilə qabaqlayaraq liderlik kürsüsündə oturan "şəhərlilər" De Bruynesiz 4-cü pillədə olardı. Belçikalı yarımmüdafiəçinin həlledici qollarda iştirakı komandasına 20 xal qazandırıb. Premyer Liqanın bombardiri Harri Keyn 17 xalda pay sahibi olmaqla ikincidir. Nə qədər təəccüblü olsa da, ilk üçlükdə "Chelsea"nin hücumçusu Alvaro Morata da (16 xal) var. "Liverpool"un heyətində parlaq oyun göstərən Məhəmməd Salah isə "Liverpool"un 14 xalında pay sahibidir.