"Barcelona" ilə yubiley oyununda meydandan qovuldu


İdman 18 Fev 2018 11:48:00 315 0

"Barcelona" ilə yubiley oyununda meydandan qovuldu

İspaniya La Liqasının 24-cü turunda "Barcelona"ya 0:2 məğlub olan "Eibar" turnir cədvəlində 6-cı pilləyə yüksəlmək imkanını əldən verib. Oyunda "Eibar"ın məşqçisi Xose Luis Mendilibar hakim tərəfindən texniki zonadan uzaqlaşdırılıb. Goal.az xəbər verir ki, 56 yaşlı mütəxəsis Primerada artıq 9-cü dəfədir bu cəza ilə üzləşir. O, "Valladolid", "Osasuna" və "Eibar" klublarının hər birində 3 dəfə tribunaya göndərilib.

Qeyd edək ki, "Barcelona"ya qarşı oyun Mendilibarın "Eibar"ın məşqçisi kimi La Liqada 100-cu oyunu olub. Onun bu klubla qələbə faizi 36.3-dür.