"Barcelona" öz rekordunu təkrarladı


İdman 18 Fev 2018 10:28:00 242 0

"Barcelona" öz rekordunu təkrarladı

İspaniya La Liqasının 24-cü turunda "Eibar" səfərinə yollanan "Barcelona" 2 cavabsız qolla qalib gəlib. Bununla da, katalonlar özünə məxsus məğlubiyyətsizlik rekordunu yeniləyib. Goal.az xəbər verir ki, "Barcelona" Primeranın son 31 oyununda uduzmayıb. Oyunların 7-si ötən mövsümə aiddir. Bu mövsümə düşən 24 oyunda 19 qələbə, 5 heç-heçə qeydə alınıb. "Barcelona" 2010/11 mövsümündə də ardıcıl 31 oyunda məğlub olmamışdı.

Rekord isə "Real Soceidad"a aiddir. Bask klubu 1979/80 mövsümündə Primeranın 39 oyununda məğlubiyyət acısı yaşamamışdı.