Qazaxıstan qırğız deputat saxlanıldı


Dünya 18 Fev 2018 09:30:38 285 0

Qazaxıstan qırğız deputat saxlanıldı

Qazaxıstan Xarici İşlər Nazirliyi(XİN) Qırğızıstan XİN-i xüsusi əməliyyat zamanı bu ölkənin deputatı Asılbek uulu Damirbekin saxlandığı barədə məlumatlandırıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün  Qazaxıstan XİN-nin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.

Qeyd edək ki, Qazaxıstan Baş Prokurorluğu Milli Təhlükəsizlik Komitəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Büro qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində Alma-Ata, Jambıl və Cənubi Qazaxıstan vilayətlərində, o cümlədən Alma-Ata şəhərində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 29 nəfər, o cümlədən 2 Qırğızıstan vətəndaşı saxlanılıb.