"Air Canada" təyyarəsi yanğın səbəbindən aeroporta qayıdıb


Dünya 18 Fev 2018 07:54:46 315 0

"Air Canada" təyyarəsi yanğın səbəbindən aeroporta qayıdıb

Bütün sərnişinlər təxliyyə olunub

"Air Canada Express" aviaşirkətinə məxsus təyyarə çıxış borusunda əmələ gələn alov səbəbindən Saskatun şəhər aeroportuna geri qayıtmaq məcburiyyətində qalıb.

“Report” xəbər verir ki, bu barədə aviaşirkət nümayəndəsinə istinadən "CTV News" telekanalı məlumat yayıb.

Hava gəmisi ölkə daxilində Saskatun – Kalqari reysini yerinə yetirib. Təyyarə havaya qalxdıqdan sonra heyət üzvləri sol eqzoz borusu yaxınlığından alov çıxdığını görüblər.

Nəticədə təyyarə uçduğu yerə geri qayıdıb, bütün sərnişinlər xətərsiz təxliyyə olunub. Sonradan onlar digər reys ilə Kalqari hava limanına yola salınıblar.