Rumıniyada Maslenitsa bayramında Azərbaycan mədəniyyəti nümayiş etdirilib


Siyasət 18 Fev 2018 05:58:45 302 0

Rumıniyada Maslenitsa bayramında Azərbaycan mədəniyyəti nümayiş etdirilib

Tədbirdə Azərbaycan mətbəxi, tarixi, milli geyimləri və ölkənin turizm potensialını nümayiş olunub

Rumıniyanın paytaxtı Buxarestdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzində qədim slavyan bayramı - Maslenitsa qeyd olunub.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyada təhsil alan şagird və tələbələr, eləcə də bu ölkədə yaşayan rus icmasının nümayəndələrinin iştirakı ilə bayram adətləri nümayiş olunub.

Bayram proqramında səhnəciklər, musiqili oyunlar, müsabiqələr, xalq mahnıları və milli rəqslər də yer alıb.

Rumıniyada akkreditə olunan MDB ölkələrinin səfirlikləri də tədbirdə öz stendlərilə təmsil olunublar. Ölkəmizin Rumıniyadakı səfirliyi burda milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini və ölkəmizin turizm potensialını nümayiş etdirib.

Maslenitsa təbiətin oyanışı və yazın gəlişinin rəmzi olan qədim slavyan bayramıdır.