ABŞın aviazərbələrində ölən rusiyalının anası:


Dünya 17 Fev 2018 23:49:00 262 0

ABŞın aviazərbələrində ölən rusiyalının anası:

Suriyada muzdlu kimi xidmət edən 34 yaşlı Sverdlovsk sakini Ruslan Qavrilovdan bir həftədən çoxdur ki, xəbər-ətər yoxdur.Güman edilir ki, ABŞ hava qüvvələri fevralın 7-də Suriyanın Deyr əl-Zor şəhəri yaxınlığında hökumətyönlü qüvvələrə zərbələr endirəndə onlarla rusiyalı muzdlu da ölüb və Gavrilov da ölənlərin arasındadır. Hər halda anası Faina Qavrilovaya qohumları belə deyiblər. Amma ölüm xəbəri hələ ki rəsmi səviyyədə təsdiqlənməyib.O deyir ki, oğlu özəl hərbi şirkətlə müqavilə əsasında Suriyaya yollanıb. Əsas məqsədi də "bir az pul qazanmaq olub".

Son.az virtualaz.org-a istinadən bildirir ki, Ruslan Qavrilov Sverdlovsk vilayətinin Kedrovoye kəndindəndir.Anası deyir ki, oğlunun stabil işi olmayıb, bir ara tikinti sahəsində çalışıb.Suriyaya gedəndə orda nə işlə məşğul olacağını yaxınlarına açıq deməyib. Bircə onu deyib ki, "ev tikməyə getmir". Faina Qavrilova deyir ki, onların kəndindən Ruslanla təxminən eyni yaşda olan daha 10 nəfər Suriyaya getməyə razı olub.

ÖLƏNLƏRİN SAYI NƏ QƏDƏRDİR?

ABŞ mətbuatı yazır ki, sözügedən hücumda 100-dən çox rusiyalı ölüb, daha 200 nəfər isə yaralanıb. Məlumata görə, yaralılar hazırda Moskva və Sankt-Peterburqun hospitallarında müalicə alır.Rusiya rəsmiləri bu haqda az danışırlar. Ölənlərin rus ordusu ilə bağlı olmadıqlarını, özəl şirkətlərlə müqavilə əsasında Suriyaya getdiklərini deyirlər.

Ölənlərin yaxınları isə rəsmi səviyyədə belə az məlumatın yayılmasına hiddətləniblər.Güman edilir ki, hava zərbələrinə tuş gələnlər Sankt-Peterburqda mənzillənən "Vaqner" özəl hərbi şirkəti vasitəsilə Suriyaya yollanıblar.Bu şirkətin səfərbər etdiyi muzdluların Ukraynanın şərqinin işğalında da iştirak etdikləri deyilir. Deyr əl-Zor yaxınlığında hava zərbələrinə tuş gələnlər bundan əvvəl Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələrin Palmira şəhərini islamçı yaraqlılardan geri almasında iştirak ediblər.


Xəbərə aid fotolar