Göyçayda 6 otaqlı evdə yanğın olub


Digərləri 17 Fev 2018 23:59:00 282 0

Göyçayda 6 otaqlı evdə yanğın olub

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Elxan Məmmədova məxsus ümumi sahəsi 540 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin 6 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.