Xalq təbəbəti üsulları ilə qurdlarla mübarizə


Digərləri 17 Fev 2018 22:45:00 271 0

Xalq təbəbəti üsulları ilə qurdlarla mübarizə

Uşaqlar arasında qurd xəstəliklərinə olduqca tez-tez təsadüf edilir.

Qurdları aşkar etmək çox da asan iş deyil. Müəyyən fasilələrlə 3 dəfə nəcis analizi verilməlidir. Bundan əlavə ümumi qan analizi də verilməlidir. Qanda eozinofil hüceyrələrin artması uşaqda qurdların olmasına işarə edə bilər. Lakin hətta bu analizlər də 100% dəqiq nəticə verməyə bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, qurdlarla mübarizədə istifadə olunan bir çox dərman preparatları orqanizmə toksik təsir edir. Bu səbəbdən qurdlarla mübarizə apardıqda ilk növbədə xalq təbabəti üsullarına üz tutmaq (təbii ki, həkimlə məsləhətləşdikdən sonra), bu vasitələr kömək etmədikdə isə dərmanlardan istifadə etmək olar.

Nəzərinizə çatdıraq ki, xalq təbabəti üsulları qurdalarla mübarizədə çox effektlidir. Ənənəvi farmasevtik sənayəsi bu üsulların bir çoxlarını qurdlar əleyhinə olan dərmanların istehsalı zamanı geniş istifadə edir.

Beləliklə,

1. Balqabaq tumaları qurdlarla mübarizədə və profilaktik məqsədi ilə geniş istifadə olun vasitədir. Hər gün uşağa 1 ovuc təmizlənmiş (tumun üzərində yaşıl pərdə qalmalıdır) balqabaq tumları vermək lazımdır. Tumlar çox dadlı və xeyirlidir. Belə dadlı müalicə istənilən müddət ərzində davam oluna bilər.