Əla bədən quruluşuna sahib olmağın yolu


Digərləri 17 Fev 2018 22:35:00 267 0

Əla bədən quruluşuna sahib olmağın yolu

"Arıqlamaq üçün əlindən gələni edirsən, amma əla bədən quruluşuna sahib ola bilmirsən? Ola bilsin, bədənin idman hərəkətlərinə tez öyrəşir. Belə ki, bədənini daim formada saxlamaq üçün yeni idman hərəkətləri axtarıb-tapmalısan" - məşqçi Aida Mehdiyeva deyir.

Saatlarla məşq etmək olmaz

Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımi nəticə əldə edirlər.

Cəld, lakin gərgin hərəkətlər etmək olar

Qısa, lakin cəld hərəkətlər etməyə çalışın. Son.az qadin.net-ə istinadən bildirir ki, biz 30 dəqiqə ərzində edə biləcəyimiz 80 % hərəkətin 60 %-ni bir saat ərzində edirik. Bu yolla idman zalında vaxtını itirmədən eyni nəticəni əldə edə bilərsiniz.

Piyi əritmək olar

Qaçış, gəzinti, velosiped sürmək piyi əridir və çəkinizin azalmasına kömək edir. Xüsusilə də qaçış baldırların tonusunu qaldırmağa kömək edir.

Həddindən artıq yoqa hərəkətləri etmək olmaz

Yoqanın bir çox vəziyyətlərini almaq üçün vaxt tələb olunur. Əvvəlcə bədəniniz hərəkətlərə hazır olmalıdır. Əks halda, nəfəs daralacaq və əzələ sıxılacaq. Bu zaman ürək-damar sistemində problemlər yarana bilər.

Diqqəti tənəffüsə yönəltmək olar

Yoqa ilə məşğul olan zaman hərəkətlərdən çox nəfəsinə fikir ver. Dərindən tənəffüs böyük dəyişikliklərə gətirib çıxarır. Bu zaman həm əzələlər rahatlaşır, həm də gərginlik azalır; bu da öz növbəsində məşqləri daha rahat edir.

Dartılmadan məşqə başlamaq olmaz