Yumurta qabığının faydası


Digərləri 17 Fev 2018 22:10:00 448 0

Yumurta qabığının faydası

Bildiyimiz kimi, kalsium elementi insan orqanizmində böyük rol oynayır. Kalsium sümüklərimiz, dişlərimiz və dırnaqlarımız üçün əsas "tikinti" materialıdır.

Bundan əlavə kalsium əzələlər (o cümlədən, ürək əzələsi), gözlər, sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, uşaqların, hamilə və uşaq əmizdirən qadınların və yaşlı insanların bu elementə olduqca çox ehtiyacı var. Bu qrup insanlara adətən həkimlər tərəfindən müəyyən kurslarla kalsium preparatları təyin olunur.

Kalsiumun çatışmazlığı uşaqlarda ağır pozulma olan raxitə, yaşlı insanlarda isə osteoporoza (sümüklərdə kalsiumun azalması nəticəsində sümüklərin kövrək olması) səbəb olur. Hamilə və uşaq əmizdirən qadınlarda isə kalsiumun çatışmazlığı həm onların özlərinin, həm də uşaqların orqanizmi üçün ziyanlıdır.

Keçmişdə nənələrimiz uşaqlarına yumurta qabıqlarını verməklə onları raxitdən qoruyurdular.

Adi toyuq yumurtası qabığında olan kalsium ən müasir kalsium preparatlarında olan kalsiumdan orqanizm tərəfindən daha asan mənimsənilir. Kalsiumdan əlavə yumurta qabığının tərkibinə dəmir, sink, ftor, fosfor, mis və s. çox vacib elementlər daxildir. Ümumillikdə yumurta qabığının kimyəvi tərkibi insanın dişlərin, sümüklərin və dırnaqların kimyəvi tərkibinə bənzəyir.

Uşaqlarda raxit və anemiya zamanı əsas müalicə ilə paralel olaraq verilən yumurta qabığı çox yaxşı kömək edir.