Ekzemanın təbii üsulla müalicəsi


Digərləri 17 Fev 2018 21:40:00 404 0

Ekzemanın təbii üsulla müalicəsi

Ekzema qızarıqlıq, şişkinlik, səpkilərlər müşahidə olunan dəri xəstəliyidir. Bu xəstəlik zamanı ilkin diaqnoz çox vacibdir.

Son.az immunitet.az-a istinadən ekzemanın bitkilərlə müalicə üsullarını təqdim edir:

- Yarım litr suyu qazanda qaynadın. Qaynayan suyun içərisinə bir ovuc ağ tut qurusu əlavə edin və 7 dəq. qaynadın.

Qaynadıqdan sonra əlinizi yandırmayacaq istilikdə olan suyun içərisinə ekzamalı olan əlinizi salaraq 10 dəq. saxlayın.

Əlinizi isə ən az 1 saat ərzində yumayın daha sonra sadəcə su ilə durulayın. Həftədə 4 dəfə tətbiq edilməlidir. 2 həftə ərzində nəticə əldə etməsəniz bunu yenidən tətbiq edin.