"Ögey ana" filmi Bu epizodları Ceyhun Mirzəyev yox,


Digərləri 17 Fev 2018 21:23:00 327 0

"Ögey ana" filmi  Bu epizodları Ceyhun Mirzəyev yox,

"Ögey ana" filmini izləməyən çox az adam olar. Bilirsiniz, filmdə bəzi aksiyonlu epizodlar var. Təhlükəli dağa dırmanıb koldan itburnu çiçəyi toplamaq, partlayış və s... Bəs bu epizodların "İsmayıl" rolunun əsas ifaçısı, sevilən aktyorumuz Ceyhun Mirzəyev tərəfindən canlandırılmadığını bilirdinizmi? Elə növbəti süjetimizdə "İsmayıl" rolunun dublyorundan danışacağıq.

At çapır... Dağa dırmanır... Partlayışda özünü yerə atır...

Son.az xezerxeber.az-a istinadən bildirir ki, balacadan-böyüyə hər kəsin sevə-sevə izlədiyi "Ögey ana" filmində "İsmayıl" rolunun bu epizodlarını Ceyhun Mirzəyev yox, onun dublyoru oynayıb...

Hazırda filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev dublyor kimi canlandırdığı epizodlardan xüsusi zövq aldığını deyir. Onun sözlərinə görə, ona təklif kino çəkilişləri zamanı gəlib. Dərs vaxtı bir qrup kino işçisi sinfə daxil olub və bir film üçün dublyor axtardıqlarını deyiblər. Rejissor isə xarici görünüşündə "İsmayıl"a bənzədiyi üçün onu seçib.

Kinoda həyəcanın kulminasiya nöqtəsi hesab olunan dağdan çiçəyin qopardılması və partlayış səhnəsini də Ceyhun Mirzəyev yox, məhz Vaqif Babayev oynayıb.


Xəbərə aid video