Bakıda avtobus qapısı açıq vəziyyətdə


Digərləri 17 Fev 2018 21:18:00 270 0

Bakıda avtobus qapısı açıq vəziyyətdə

Avtobus qapısı açıq şəkildə hərəkət edir. Üstəlik içərisində sərnişin ola-ola. Söhbət 525 saylı avtobuslardan gedir. Avtobusdan istifadə edən sərnişinlər bunu marşurutların sayının az olması ilə əlaqələndirirlər. Problem aradan qalxacaqmı?

İçərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Sərnişinlərdən bəziləri isə açıq qapıda dayanıblar

Görüntülər Abşeron rayonu Masazır qəsəbəsindən metronun əcəmi stansiyasının yaxınlığına sərnişin daşıyan 525 nömrəli avtobusda qeydə alınıb.

Sözügedən xəttə işləyən sürücülər özləri də bəzi hallarda avtobusları qapısı açıq şəkildə idarə etdiklərini etiraf etdilər. Onların sözlərinə görə, bunun da əsas səbəbi sərnişinlər və yolda yaranan tıxacdır. Çünki tıxac vaxtı avtobusların intervalı pozulur və sərnişinlərin ünvana çatdırılmasında gecikmələr yaranır.

Sərnişinlər isə avtobusların sayının artırılmasını istəyirlər.


Xəbərə aid video