Mingəçevirdə yol qəzasında iki nəfər xəsarət alıb


Sosial 17 Fev 2018 21:01:15 242 0

Mingəçevirdə yol qəzasında iki nəfər xəsarət alıb

Hadisə zamanı iki maşın toqquşub

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin Samux küçəsi ilə hərəkətdə olan “VAZ-21099” markalı maşın “VAZ-21010” ilə toqquşub.

Nəticədə biri gənc, digəri yaşlı şəxs olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada başı yarılan gənc həkim yardımından imtina edib. Digər yaralı – "VAZ-21010”nun 1960-cı il təvəllüdlü sürücüsü Mirzəyev Rafiq Məhəmməd oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.