UEG: Bakı batut gimnastikası üzrə Avropa Çempionatına tam hazırdır


Digərləri 17 Fev 2018 21:06:00 303 0

UEG: Bakı batut gimnastikası üzrə Avropa Çempionatına tam hazırdır

Bakı batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa Çempionatına gözəl hazırlaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman deyib.

Onun sözlərinə görə, yarışların keçiriləcəyi məkan - Milli Gimnastika Arenası bunun üçün çox gözəl hazırlanıb.

"Texniki komitənin görüşünün bir hissəsi zalın baxışına, hesablama texnikasının yoxlanılmasına və nəticələrin hazırlanmasına həsr olunmuşdur. Hər şey yüksək səviyyədə hazırlanıb. Yalnız Bakıya qayıdıb, gözəl yarışmanı keçirmək qalıb", deyə Zeman bildirib.