Anginanın xalq təbabəti üsulları ilə müalicəsi


Digərləri 17 Fev 2018 20:45:00 586 0

Anginanın xalq təbabəti üsulları ilə müalicəsi

İlk növbədə nəzərinizə çatdıraq ki, anginanı (tonzillit) yalnız və yalnız antibakterial preparatların ("antibiotik"lər) köməyi ilə müalicə etmək mümkündür.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu çox vacibdir. Müalicə olunmayan və ya düzgün şəkildə müalicə olunmayan tonzillit müxtəlif pozulmaların və xəstəliklərin (ürək və böyrək xəstəlikləri və s.) inkişafına səbəb ola bilər. Təbii ki, lazım olan "antibiotik" yalnız həkim xəstəni müayinə etdikdən sonra təyin edə bilər.

Antebakterial preparatlarla yanaşı müxtəlif xalq təbabəti üsullarından istifadə etmək olar. Bu üsullar xəstəliyin tez müalicə olunmasına çox yaxşı kömək edir. Bundan əlavə xroniki tonzilliti olan insanlar bu vasitələri profilaktik məqsədi ilə istifadə edə bilərlər. Bu vasitələr boğazın selikli qişalarının davamlılığının artmasına kömək edirlər və nəticədə insan daha gec-gec anginaya tutulur.

1. Antiseptik otların (çobanyastığı, adaçayı, kalendula, evkalipt) istifadəsi çox yaxşı effekt verir. İstənilən otdan 1 xörək qaşığı götürün, üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə ərzində dəmləyin və süzün. Gün ərzində 3 dəfə qarqara edin (xəstəlik zamanı qarqaranı daha tez-tez etmək lazımdır). Dəmləmə üçün bu otların qarışığını da istifadə etmək olar. Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı dəmləyib qarqara edin.

2. Adi xörək duzu da çox təsirli antiseptikdir. 1 çay qaşığı duz 1 stəkan qaynar suda əridin və qarqara edin.

3. Propolis angina zamanı ən güclü təbii vasitələrdən biri sayılır. Məhz bu səbəbdən propolis anginanın müalicəsində istifadə olunan bir çox dərmanların tərkibinə daxil edilir. 1 çay qaşığı sürtgəcdən keçirilmiş propolis 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir və süzülür. Bu dəmləməni qarqara kimi istifadə edin.