Rusiyaya qarşı sanksiyalar bir şərtlə ləğv edilə bilər


Dünya 17 Fev 2018 20:47:00 268 0

Rusiyaya qarşı sanksiyalar bir şərtlə ləğv edilə bilər

Siqmar Qabriel: "Əgər bu həyata keçsə, Rusiyaya qarşı olan sanksiyalar addım-addım aradan qalxar"

Əgər Ukraynanın Donbass bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi prosesi həyata keçsə, o zaman Rusiyaya qarşı tətbiq edilən sanksiyalar yavaş-yavaş ləğv oluna bilər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Siqmar Qabriel (Sigmar Gabriel) Münhen şəhərində keçirilən 54-cü Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

"Ukraynada atəşkəsi təmin etməliyik. Rusiya prezidentinin sülhməramlılar fikrini düzgün hesab edirəm. Əgər bu həyata keçsə, Rusiyaya qarşı olan sanksiyalar addım-addım aradan qalxar" - Qabriel qeyd edib.