Hər il 40 milyon insan bu xəstəliklərdən vəfat edir


Digərləri 17 Fev 2018 20:36:00 298 0

Hər il 40 milyon insan bu xəstəliklərdən vəfat edir

Dünyada vaxtsız ölümlərin əsas səbəbi qeyri-infeksion xəstəliklərdir. Həmin xəstəliklər qrupunda dörd əsas patologiya üstünlük təşkil edir: ürək-damar, obstruktiv ağciyər xəstəlikləri, onkoloji xəstəliklər və şəkərli diabet.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxış edən professor Nazim Qasımov deyib.

N.Qasımov bildirib ki, "Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər il qeyri-infeksion xəstəliklərdən 40 milyon insan dünyasını dəyişir ki, bu da bütün ölüm hallarının 70 faizinə bərabərdir. Bunlardan 15 milyon nəfəri 30-69 yaş arasında olanlardır.

Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələnmənin və ölüm hallarının əsas səbəbləri arasında qeyri-infeksion xəstəliklər üstünlük təşkil edir. Xəstələnmənin strukturunda qeyri-infeksion xəstəliklərin payı 50 faizdən yuxarıdır, o cümlədən qan dövranı sistemi xəstəliklərinin payı 18 faizə, tənəffüs sistemi xəstəlikləri və şəkərli diabetin payı 15 faizə, bədxassəli yeni törəmələrin payı 2,7 faizə bərabərdir.