Ordumuzun yeni hərbi texnıkası FOTO


Digərləri 17 Fev 2018 20:11:00 299 0

Ordumuzun yeni hərbi texnıkası  FOTO

Müasir BTR-82A zirehli transportyorları Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil olunub

Güclü silahı, zirehli müdafiəsi və yüksək manevr qabiliyyəti olan BTR-82A zirehli transportyorları Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib.

Son.az bildirir ki, BTR-82A zirehli transportyoru döyüş meydanında piyadaların hərəkət imkanlarını və mobilliyini artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin müxtəlif silah sistemlərinə qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava hədəflərini məhv etmək, ekipajın atıcı silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması məqsədilə təyin olunub.

Rusiyanın "Hərbi Sənaye Kompleksi" müəssisəsi tərəfindən istehsal olunan BTR-82A zirehli transportyoru öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq BTR-82A daha güclü mühərriklə təmin olunub, zirehi gücləndirilib, kondisioner, beşinci nəsil müasir rabitə vasitələri ilə təchiz edilib.


Xəbərə aid fotolar