Niyə uşaqlar böyüyür, amma yetişmir?


Digərləri 17 Fev 2018 20:05:00 239 0

Niyə uşaqlar böyüyür, amma yetişmir?

Yetişməmək - tez-tez rast gəlinən və bir çox valideynlərin şikayət etdiyi problemdir. Lakin, bu problemin kökləri mədəniyyətimizdə qaynaqlanır. Biz, uşağa fərdiləşmə prosesində necə kömək edə biləcəyimizi anlamırıq.

Son.az tebiivalideynlik.az-a istinadən bildirir ki, bu məsələnin cavabı uşağın hər yaşında aktualdır. Bu, ilk növbədə tələblərin yox, ehtiyacların ödənməsidir. Ehtiyacların ödənməsi öz növbəsində zəruri səviyyəni keçməlidir. Biz həmişə uşağa ehtiyacı olduğundan artığını verməliyik. Əgər onun qucağa ehtiyacı varsa, onu daha sıx qucaqlamalıyıq. Əgər söhbət "Səni sevirəm" sözlərindən gedirsə, siz onları sadəcə onun dediyi sözlərə qarşılıq olaraq deməməlisiniz. Bu şəkildə siz təşəbbüsü öz əlinizə almış olursunuz. Həmişə uşağınıza onun əldə etmək istədiyindən artığını verin. Təklif tələbi üstələyəndə və uşaq öz şəxsi təcrübəsində buna əmin olduqda, o vaxt o rahatlaşır.