İsrailin müdafiə naziri erməni deputatları pərt etdi


Dünya 17 Fev 2018 20:07:00 256 0

İsrailin müdafiə naziri erməni deputatları pərt etdi

“İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni hərbi birləşmələrinin Dağlıq Qarabağı işğal etməsinə qarşıdır”

Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin Təl-Əvivə səfəri uğursuz başa çatıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, dostluq qrupunun həmsədri, hakim Respublika Partiyasından olan deputat Qaqik Minasyan yerli KİV-ə İsrailin onları anlayışla qarşılamamasından şikayətlənib.

Belə ki, qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri Aviqdor Liberman erməni deputatların Qarabağ haqda sualını cavablandırarkən, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.