Hil təbii antiseptik


Digərləri 17 Fev 2018 20:10:00 298 0

Hil  təbii antiseptik

Hil "kralların ədviyyatı" adlandırılır. Bütün dünyada bu ədviyyat çox populyardır.

Orta əsrlərdə Avropada hil... dərman hesab olunurdu və apteklərdə satılırdı.

Son.az saglamolun.az-a istinadən bildirir ki, hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini, əvəzsiz yağlı turşularla zəngindir.

Belə zəngin tərkib hili bütün insanın orqanizmi üçün çox faydalı edir.

Beləliklə,

Hil həzm sistemi üçün çox xeyirlidir. Bu ədviyyat həzm prosesləri yaxşılaşdırır. Məhz bu səbəbdən bəzi şərq ölkələrində hilin toxumlarını yeməkdən sonra çeynəyirlər. Bundan əlavə hil ağızdan gələn pis qoxunu yox edir. Hil ürəkbulanmasını aradan götürür. Ürəkbulanmasından əziyyət çəkən hamilə qadınlar hildən istifadə edə bilərlər (1 ədəd hil toxumu  çeynəmək lazımdır). Hil iştahanı artırır, mübadilə prosesləri yaxşılaşdırır, köplə mübarizə aparır, artıq çəkidən azad olmağa kömək edir.

Hil təbii antiseptikdir - orqanizmdə olan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Soyuqdəymə xəstəlikləri zamanı onu mayelərə (çay, su) əlavə edib xəstəyə vermək olar. Hil ağız boşluğunda olan mikroblarla mübarizə aparır, diş ağrısını azaldır.