Uşaqlarda diş çıxarmağın əsas əlamətləri


Digərləri 17 Fev 2018 19:50:00 275 0

Uşaqlarda diş çıxarmağın əsas əlamətləri

Diş çıxarma dövü həm valideynlərin, həm də körpələrin ən sıxıntılı zamanlarındandır.

6 ayından başlayan diş çıxarma dövrü mərhələlərlə davam edir.

Son.az immunitet.az-a istinadən bildirir ki, türkiyəli pediatr Hilal Mocan uşaqlarda diş çıxarma dövründə körpələrin yaşadığı çətinlikdən danışıb:

"Ağız suyu - bəzi körpələr 2-3 aydan başlayaraq ağız suyu axıtmağa başlayırlar. Diş çıxarmağa başladığı zaman isə daha çox axmağa başlayır.

Ağrı - diş çıxaran zaman körpə əli ilə diş ətinə basdığı üçün bəzən iltihablanma görünə bilər. Ən çox ağrı yaradan azı dişlərdir.

Narahatçılıq - ağrının artması ilə uşaq narahat olmağa başlayır. Bu, onların çətin ağrılı dövrüdür.