Tibetin mərkəzi məbədində yanğın olub - VİDEO


Dünya 17 Fev 2018 19:54:04 224 0

Tibetin mərkəzi məbədində yanğın olub - VİDEO

Hadisə nəticəsində xəsarət alan olmayıb

Çinin Tibet muxtar rayonunun paytaxtı Lxasanın buddizm məbədi və Cokanq monastrında yanğın olub.

“Report” xəbər verir ki, yanğının səbəbi məlum deyil.

Yerli hökumətin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Köhnə şəhərin mərkəzində yerləşən Cokanq məbədi Tibetin müqəddəs yerlərindən biridir. Monastr 2000-ci ildə rəsmi olaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.