Pakistanda 6 yaşlı qızı "zorlayıb öldürənə" 4 ölüm cəzası


Digərləri 17 Fev 2018 19:14:00 265 1

Pakistanda 6 yaşlı qızı "zorlayıb öldürənə" 4 ölüm cəzası

Pakistan məhkəməsi ötən ay 6 yaşlı qızı zorlayıb öldürməkdə ittiham edilən 24 yaşlı İmran Əliyə 4 ölüm cəzası kəsib.

Qaldığı evinin yanındakı ərazini naməlum şəxslə tərk edən Zeynəb Ənsarinin cəsədi hadisədən bir neçə gün sonra şəhər zibilxanalarının birində aşkar olunmuşdu.

Yerli sakinlər polisi yararsız istintaq və cinayətə ləng reaksiya verməkdə qınayırlar.

Şənbə günü Pəncab əyalətində işini yekunlaşdıran məhkəmə iclası sərt təhlükəsizlik şəraitində keçirilib. Hökmün elanını dinləyənlər arasında qətlə yetirilən qızın atası da var idi.

Hökmün elanını dinləyənlər arasında qətlə yetirilən qızın atası Emin Ənsari də var idi.

İmran Əli ən azı bir ildən artıq müddət ərzində başqa qızlara qarşı da təcavüz və qətllərdə ittiham olunur.