Şirlər onları ovlamaq istəyən şəxsi yeyib


Digərləri 17 Fev 2018 19:07:00 284 0

Şirlər onları ovlamaq istəyən şəxsi yeyib

Cənubi Afrikanın Kruger Milli parkı yaxınlığında böyük pişikləri ovlamaqda şübhəli bilinən brakonyeri şirlər yeyib, polis deyib.

Həmin adamın cəsədinin qalıqları ötən həftəsonu Hoedspruit məntəqəsi yaxınlığındakı parkda tapılıb.

"Görünür, həmin şəxs brakonyerlik edərkən şirlər ona hücum edərək öldürüb, - Limpopo polisinin sözçüsü Moatshe Ngoepe AFP agentliyinə bildirib. - Şirlər onu, demək olar ki, tamamilə yeyib, bədənindən yalnız başı və bir neçə qalığı qalıb".

Polis ölənin kimliyini hələlik müəyyən etməyib.

Yerli medianın verdiyi xəbərə görə, şirlər tərəfindən yeyilənin qalıqlarının yanında onun tüfəngi və sursatı aşkar olunub.