Instagram Moskvanın qabağından qaçdı


Digərləri 17 Fev 2018 19:08:00 271 0

Instagram Moskvanın qabağından qaçdı

Britaniya mətbuatından "The Telegraph" yazır ki, Rusiya müxalifətinin lideri Moskvanın qabağından geri çəkildiyinə görə Instagram platformasını kəskin tənqid edib.

Bundan əvvəl Rusiya hökumətinin interneti senzura edən qolu - Roskomnadzor Instagram-dan müxalifət lideri Aleksey Navalnının iddiaları ifadə edilən postlara girişə məhdudiyyət qoyulmasını tələb etmişdi.

Rusiya prezidenti seçkisində iştiraka buraxılmamış Akleksey Navalnı YouTube saytına milyarder Oleq Deripaska və Rusiya baş nazirinin müavini Sergey Prixodkonu yaxta gəzintisində göstərən videolar yerləşdirmişdi. Yaxtada eskort kimi tanınan gənc qız da vardı.

Videoda bu da iddia olunur ki, Deripaska və Prixodko yaxtada ABŞ-la münasibətləri müzakirıə ediblər. Bundan bir ay qabaq Trump-ın seçki kampaniyasının başçısı olan Paul Manafortun oliqarxa Donald Trump-ın kampaniyası haqqında məruzə etdiyi bildirilirdi.

Rusiyanın metallurgiya maqnatı Deripaska Manafortdan belə məruzələr aldığını təkzib edib. Bununla belə o etiraf edib ki, Manafortu müşavir kimi kirayələyib.

Cənab Deripaska onun şəxsi həyatına müdaxilə edildiyini və bu videonun onun şəxsiyyət haqlarını pozduğunu Rusiya məhkəməsində isbat edə bilib.

Bu məhkəmə qərarından sonra Roskomnadzor Instagrama müraciət edərək sözü gedən postların silinməsini istəyib.

İnstagramdan fərqli olaraq YouTube hələ də Oleq Deripaska haqqında olan videoları silməyib

Bu arada Rusiyada kommunikasiyaları tənzimləyən Roskomnadzor həm də Navalnının öz internet saytına girişi bloklayıb.

"The Telegraph" yazır ki, Facebook-un bir qolu olan Instagram Deripaskaya aid postların silinməsi tələbini qəbul edib.

Rusiya müxalifətinin ən görkəmli nümayəndəsi sayılan Aleksey Navalnı Rusiyanın"qanunsuz senzura göstərişinə" əməl etdiyinə görə Instagramı ittiham edib.