"Azərbaycanın oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadır" FOTO


Digərləri 17 Fev 2018 18:47:00 245 0

"Azərbaycanın oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadır"  FOTO

Azərbaycanın oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov AMEA-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusuna həsr olunmuş birgə elmi sessiyasında çıxış edərkən deyib.

"Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti"adlı məruzə ilə çıxış edən E.Qasımov qeyd edib ki, Azərbaycanda oftalmologiya təkcə paytaxt Bakıda deyil, regionlarda da yüksək səviyyədə inkişaf edib.


Xəbərə aid fotolar