Meksikada vertolyot qəzası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb


Dünya 17 Fev 2018 18:36:17 237 0

Meksikada vertolyot qəzası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

12 nəfər hadisə yerində, daha biri xəstəxanada keçinib

Meksikada daxili işlər naziri və Oahaka ştatı qubernatorunun da göyərtəsində olduğu vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında deyilir.

"Hadisə yerində 12 meyit aşkar olunub…Daha bir nəfər xəstəxanada keçinib", - deyə prokurorluğun məlumatında qeyd olunur.