Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru vəfat edib


Digərləri 17 Fev 2018 16:34:04 169 0

Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru vəfat edib

O, fevralın 16-da xəstəxanada dünyasını dəyişib

Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli vəfat edib.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aktyor fevralın 16-da xəstəxanada dünyasını dəyişib. 

Mərhum Kürdəmir rayonunda dəfn edilib.

Qeyd edək ki, Ş.Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.