Rusiyada avtobus qatarla toqquşdu


Dünya 17 Fev 2018 15:24:00 235 0

Rusiyada avtobus qatarla toqquşdu

Rusiyada sərnişin avtobusu qatarla toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, Leninqrad vilayətində avtobusla qatarın toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

Məlumata görə, avtobusda 15 sərnişin olub.

Xəsarət alan şəxsin avtobusun sürücüsü olduğu bildirilib.