"Atletico" “Barcelona”nın müdafiəçisi ilə maraqlanır


İdman 17 Fev 2018 14:00:00 286 0

"Atletico" “Barcelona”nın müdafiəçisi ilə maraqlanır

“Barcelona”nın müdafiəçisi Samuel Umtiti “Atletico”nun maraq dairəsinə düşüb.

Goal.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone fransalı müdafiəçini sərəncamında görmək istəyir. 24 yaşlı futbolçu Simeonenin onunla maraqlandığından xəbərdardır. Umtitiyə bu barədə onun Fransa millisində komanda yoldaşı olan Antuan Qrizmann məlumat verib.

Ancaq müdafiəçi hələlik bununla bağlı heç bir açıqlama verməyib. Umtiti 2016-cı ilin yayında 25 milyon avro qarşılığında “Lyon”dan “Barcelona”ya transfer olunmuşdu.