Heydər Əsədov: "Azərbaycan çəltiyə olan tələbatı daxili istehsal hesabına tam ödəyəcək"


İqtisadiyyat 17 Fev 2018 13:07:59 343 0

Heydər Əsədov: "Azərbaycan çəltiyə olan tələbatı daxili istehsal hesabına tam ödəyəcək"

"2017-ci ildə düyünün alınması üçün 36 mln. dollar vəsait xəclənib"

"Azərbaycan 2025-ci ildə çəltiyə olan tələbatı daxili istehsal hesabına tam ödəyəcək".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər ƏsədovKənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, "Çəltikçiliyin inkşafı ilə bağlı 2018-2025-ci illər üçün Dövlət Proqramı yekunlaşanda Azərbaycan daxili tələbatı ödəyəcək.

Nazir deyib ki, 2017-ci ildə düyünün alınması üçün 36 mln. dollar vəsait xəclənib: "Hazırda ölkədə çəltiyə olan tələbat 40 min ton təşkil edir".

H.Əsədov daxili istehal üçün texnikaların gətirilməsinin təşkil ediləcəyini, əsasən, Koreya istehsalı texnikaya üstünlük veriləcəyini vurğulayıb.

Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.