Admiral ABŞı Çinlə müharibəyə hazırlaşmağa çağırdı


Dünya 17 Fev 2018 12:42:00 502 0

Admiral ABŞı Çinlə müharibəyə hazırlaşmağa çağırdı

ABŞ-ın Avstraliyayadakı yeni səfiri, admiral Harri Harris Konqresdə çıxışı zamanı Vaşinqtonun Çinlə müharibəyə fəal şəkildə hazırlaşmalı olduğunu bəyan edib.

Son.az virtualaz-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Admiralın sözlərinə görə, Çin davamlı olaraq öz hərbi qüdrətini artırır və yaxın zamanda ÇXR ordusunun Cənubi Çin dənizində ABŞ qüvvələrindən daha güclü olacağı gözləniləndir.

Harris bildirib ki, Vaşinqton göz qabağında olan bu faktı nəzərdən qaçırır, bu təhdidə məhəl qoymur.