ADIF “Dəmirbank”ın əmanətçilərinə 38 mln. manatdan artıq kompensasiya ödəyib


İqtisadiyyat 17 Fev 2018 11:55:53 310 0

ADIF “Dəmirbank”ın əmanətçilərinə 38 mln. manatdan artıq kompensasiya ödəyib

Əmanətçilər kompensasiya üçün 1 il müddətində müraciət edə bilərlər

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 1-16 fevral tarixlərində ləğvedicisi olduğu “Dəmirbank”ın qorunan əmanətçilərinə 38 mln. manatdan artıq kompensasiya ödəyib.

“Report” xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Qeyd edək ki, kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank”ın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə, Bankın 26 filialında ödənilir. Əmanətçilər kompensasiya üçün 1 il müddətində müraciət edə bilərlər.