DÇ-2018 üçün Rusiyaya 32 ölkədən polis gələcək


İdman 17 Fev 2018 11:50:00 325 0

DÇ-2018 üçün Rusiyaya 32 ölkədən polis gələcək

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında beynəlxalq polis əməkdaşlığı mərkəzinə 32 ölkədən asayiş keşikçiləri gələcək.

Goal.az TASS-a istinadən xəbər verir ki, qurumun tərkibi mundialın iştirakçısı olan 32 ölkənin və 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qətərin nümayəndələrindən təşkil olunacaq. İyunda Rusiyaya digər ölkələrdən, təxminən, 150 polis əməkdaşının gələcəyi gözlənilir.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.