Lənkəranda motosikletlə yük maşını toqquşdu:


Digərləri 17 Fev 2018 10:52:00 229 0

Lənkəranda motosikletlə yük maşını toqquşdu:

Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində baş verib.

Motosikletlə "Ford" markalı yük maşınının toqquşması nəticəsində motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü Rizvan Hüseynov xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi  Xəstəxanasına çatdırılıb. R. Hüseynova ilkin tibbi yardım göstərilib.