Pxençxanda koreyalı jurnalist ölü tapıldı


İdman 17 Fev 2018 10:48:00 304 0

Pxençxanda koreyalı jurnalist ölü tapıldı

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018-ci il Qış Olimpiya Oyunlarının media kəndində KİV nümayəndələri Yaponiyanın yayım otaqlarından birində tərcüməçi kimi işləyən yerli jurnalisti ölmüş vəziyyətdə tapıblar.

Goal.az xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsinin nümayəndəsi Son Pek Yu məlumat yayıb.

"Bu, Yaponiyadan olan həmkarlarına köməklik göstərən koreyalı idi. Media kəndindəki otaq yoldaşı onu yuxudan oyatmaq istəyib, lakin məlum olub ki, o ölüb. Jurnalistin 55 yaşı var idi".

Polis kişinin ölüm səbəblərinin araşdırılması məqsədi ilə araşdırmalara başlayıb.

Ölənin tənışlarının sözlərinə görə, ölümündən bir müddət əvvəl o, ürəy ağrılarından şikayətlənib.