Ən özəl sevgililər günü gecəsi İştirakçılar Gürcüstana səfər qazandı FOTO


Digərləri 17 Fev 2018 10:15:00 317 0

Ən özəl sevgililər günü gecəsi  İştirakçılar Gürcüstana səfər qazandı  FOTO

14 fevralda hər bir cütlük bu günü özəl keçirmək istəyir. Bütün günü olmasa da, ən azından gün sonunu qeyri-adi qeyd etməyə, romantika ilə zəngin və yeni duyğularla doldurmağa çalışırlar. 

Son.az xəbər verir ki, 10line.az İnternet-radiosu yenidən öz dinləyicilərini düşünərək musiqi və qiymətli hədiyyələrlə dolu gecə təşkil edib.

"Euphoria Music Hall"da baş tutan "RED İN THE BLACK" adlı romantik parti Bakının əksər cütlüklərini bir araya yığaraq onlara bir-birinə olan sevgilərini yenidən sübut etmək üçün şans tanıyıb.

Gecənin aparıcısı MC Farid və xüsusi qonaqlar DJ Nasirov & DJ Roll tədbirdə isti atmosfer yaratmağa çalışıb və istəklərinə nail olublar. Zalın mərkəzindəki rəqs meydanı isə hər kəsi özünə cəlb edib və gecə yarışına kimi dünya musiqi hitlərinin ritmləri altında rəqs etməyə məcbur edib.


Xəbərə aid fotolar