Bakıda qadını doğrayıb zibil qutusuna yığan şəxs tutuldu


Digərləri 17 Fev 2018 10:03:00 319 0

Bakıda qadını doğrayıb zibil qutusuna yığan şəxs tutuldu

Bakıda öldürülən qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Bakıda qadını doğrayıb, bədəninin hissələrini zibil qabına yığdılar - YENİLƏNİB

DİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.