Samsung Galaxy A8 və A8+ Dual Selfie kamerası ilə daha çox imkan


Digərləri 17 Fev 2018 10:00:00 311 0

Samsung Galaxy A8 və A8+  Dual Selfie kamerası ilə daha çox imkan

Samsung şirkəti yeni 2018-ci ildə də cəlbedici və yeni smartfon modellərinin istehsalını davam etdirir. Belə ki, şirkət A xəttinin davamını elan edərək, yeni ilin ilk anlarında Azərbaycan bazarında da Galaxy A8 və A8+ modellərini təqdim edib. Bu smartfonlarda flaqmanın fərqləndirici cizgilərindən olan cəlbedici dizayn, metal və gücləndirilmiş şüşə kimi keyfiyyətli materiallar, həmçinin Samsung Infinity Display - "sərhədsiz" displey əks etdirilmişdir. Diaqonalı A8 üçün 5,6", A8+ üçün isə 6" olan bu Super AMOLED ekranının icazəsi isə 1080 х 2220 pikseldir. Yeni smatrfonların həm displeyi, həm də bütöv korpusuI P68 standartına uyğun olaraq su və toz keçirmir.

16 MP-lik əsas kamera işıq diodlu flaş və avtofokus ilə təchiz olunmuşdur. Kameranın işləmə prinsipləri şirkətin digər məsullarında olduğu kimi, aydın və lakonikdir, istifadədə isə çox rahatdır. Əsas çəkim rejimində fokus nöqtəsini seçmək, ekspozisiyanı tənzimləmək və çəkim düyməsinin köməyi ilə digital zoom-dan istifadə etmək olur. Həmçinin, burada Auto-HDR rejimi avtomatik olaraq aktiv edilib. Əlavə olaraq, Pro (İSO tənzimlənməsi, ağ rəng balansı və s.), panorama, "gecə" və "yemək" kimi rejimləri də təqdim olunub. Qeyd edək ki, arxa kamera ona işıqkeçirmə imkanı yaradan f/1.7diafraqmalı obyektiv ilə təchiz olunmuşdur. Bu imkan sayəsində kamera, hətta, zəif işıqlandırma şəraitində belə əla şəkillər çəkə bilir. Həmçinin, burada daktiloskopik sensor yerləşdirilmişdir ki, onun köməyi ilə siz öz məlumatlarınızı barmaq izi ilə qoruya bilərsiniz.

Keyfiyyətli selfi kamerası hal-hazırda dünya trendlərindən biridir və bu trendə uyğun olaraq Galaxy A8 və A8+ 16 və 8 MP olan ikisensorlu ön kamera ilə təchiz olunublar. İkili modul çəkim zamanı "Live focus" funksiyasından istifadə edərək, istifadəçinin seçimi ilə təsvirin istənilən hissəsini vurğulayaraq, ətraf fona "yayılma" effektini tətbiq edir. Xususi tənzimləmə şəkil çəkərkən və ya hazır fotonu əldə etdikdən sonra "yayılma" (Boke effektinin) dərəcəsini və vurğu nöqtəsini seçməyə imkan yaradır. Hər iki obyektivin diafraqması F/1,9 bərabərdir. Həmçinin, qeyd etmək lazımdır ki, Galaxy A8 frontal kameranın köməyi ilə "Face recognition" üz cizgiləri skanerini dəstəkləyir.