"Suriyanın parçalanmaq təhlükəsi var"


Dünya 17 Fev 2018 09:35:00 250 0

"Suriyanın parçalanmaq təhlükəsi var"

"Suriyanın parçalanmaq təhlükəsi ilə üzləşdiyini görürük".

Son.az Sputniknews-a istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş 54-cü Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı söyləyib. O, bildirib ki, artan böhranlar, münaqişələr və qlobal terror təhlükələrinə qarşı birləşmək lazımdır.

Antonio Quterreş Yaxın Şərqdəki vəziyyətin qarışıq hala gəldiyini söyləyib. O, Körfəz dövlətləri arasındakı problemlərin bir-biri ilə əlaqəli olduğunu və İsrail-Fələstin problemi, Sünni-Şiə ayrıseçliyi, Səudiyyə Ərəbistanı və İran arasındakı gərginliyin bataqlıq yaratdığını vurğulayıb.