Ötən gün ölkə ərazisində 38 nəfər saxlanılıb


Digərləri 17 Fev 2018 09:10:00 273 0

Ötən gün ölkə ərazisində 38 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər"lə açılıb.

Son.az-a DİN-in mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.